Oyuna qayıt

Məxfilik siyasəti.

Armudu qülləsi · 10.10.2026 tarixindən qüvvədədir

Az məlumat toplayırıq. Yalnız oyun və hədiyyələr üçün. Satmırıq. Bu səhifə nəyi, niyə və harada saxladığımızı izah edir.

1. Məlumatlara kim cavabdehdir

lāblābi. Məmməd Araz 67, Gənclik, Bakı. Əlaqə: +994 99 999 99 33.

2. Hansı məlumatları toplayırıq

NəNə vaxt
Ad, soyad, telefon nömrəsiQeydiyyatda
Doğum tarixiQeydiyyatda. 18 yaşı yoxlamaq və ad günü hədiyyəsi üçün.
E-poçt ünvanı və Google hesabının identifikatoruGoogle ilə daxil olanda
İstifadəçi adıQeydiyyatda. Cədvəldə görünür.
PINQeydiyyatda. Yalnız şifrələnmiş şəkildə saxlanılır, heç kim görmür.
Telegram hesabının identifikatoru və Telegram-dakı nömrənNömrəni @lablabiplaybot ilə təsdiqləyəndə
Oyun nəticələri, oyun vaxtı, həftəlik yer, hər stəkanın düşmə anı və dəqiqliyiHər oyundan sonra. Nəticənin düzgünlüyünü yoxlamaq üçün.
Oyunun toxunuş qeydi: hər toxunuşun anı, ekranda yeri, basma uzunluğuHər oyunda. Server oyunu bu qeyddən yenidən qurub nəticəni və botları yoxlayır. 14 gün saxlanılır (hədiyyə verilən oyunlarda hədiyyə qədər).
Cihazın anonim nömrəsi və lāblābi-də oynayıb-oynamadığınOyuna başlayanda. Bir telefonda bir neçə hesabı görmək və masadakı QR ilə «lāblābi-də» oyunları saymaq üçün.
Hədiyyə kodları, verilmə vaxtı, kodu verən işçinin adıHədiyyə qazananda və istifadə edəndə
Instagram adınHədiyyə almadan əvvəl yazanda. Kodu göstərəndə lāblābi-ni izlədiyini yoxlamaq üçün.
Seçdiyin titulTitul seçəndə. Cədvəldə adının yanında görünür.
Səni kim dəvət edibDostunun dəvət linki ilə qeydiyyatdan keçəndə
Çağırış linkləri: kim göndərib, hansı nəticə ilə, kim qəbul edib«Dostunu çağır» linki yaradanda və açanda. Linki açan sənin istifadəçi adını və nəticəni görür.
Oyun xətaları: xətanın mətni, cihaz və brauzer növü, oyunun versiyasıOyun telefonunda xəta verəndə. Ad və nömrə göndərilmir. 30 gün saxlanılır.

Qonaq kimi oynayanda serverə heç bir şəxsi məlumat göndərilmir.

Telefonunda saxlananlar. Oyun cihazında giriş məlumatını, rekordunu və musiqi və dil seçimini saxlayır. Bunlar yalnız oyunun işləməsi üçündür. Ziyarətləri saymaq üçün oyun telefonunda təsadüfi, anonim cihaz nömrəsi yaradır: o, adınla və nömrənlə bağlı deyil, serverə gündə ən çox bir dəfə gedir. Oyunu ana ekrana əlavə edəndə və ordan açanda da eyni nömrə ilə sayılır. Reklam və izləmə kukiləri istifadə etmirik.

3. Niyə toplayırıq

Qeydiyyatdan keçəndə buna razılıq verirsən.

Telegram mesajları. Nömrəni @lablabiplaybot ilə təsdiqləyəndən sonra bot sənə yaza bilər:

İstəmirsənsə, botda /stop yaz. Oyun xəbərləri və təkliflər dayanır. Yenidən açmaq: /on. Hədiyyə kodları və hesab mesajları gəlməyə davam edir.

Məlumatlarını başqa şirkətlərin reklamı üçün istifadə etmirik və heç kimə vermirik.

4. Kim görür

5. Harada saxlanılır

Məlumatları özümüz satmırıq və başqalarına vermirik. Xidmət üçün bu provayderlərdən istifadə edirik:

Bu provayderlər məlumatları yalnız xidməti göstərmək üçün emal edir. Məlumatlar Azərbaycandan kənarda yerləşən serverlərdə saxlanıla bilər.

6. Nə qədər saxlayırıq

Hesabın aktiv olduğu müddətdə. Hesabı silməyimizi istəsən, ad, soyad, telefon, nəticələr və hədiyyə tarixçən verilənlər bazasından silinir. Əvvəllər göndərilmiş daxili hesabat e-poçtlarında qısa məlumat qala bilər.

7. Hüquqların

Bunun üçün lāblābi-də işçiyə yaxınlaş və ya +994 99 999 99 33 nömrəsinə yaz. Kimliyini yoxlamaq üçün istifadəçi adını və hesabdakı nömrəni soruşa bilərik.

8. Təhlükəsizlik

9. Yaş həddi

Qeydiyyat 18 yaşı tamam olmuş şəxslər üçündür. 18 yaşından kiçik birinin qeydiyyatdan keçdiyini bilsək, hesabı silirik.

10. Dəyişikliklər

Bu siyasəti yeniləyə bilərik. Yeni versiya bu səhifədə dərc olunur və tarix dəyişir. Mühüm dəyişiklik olarsa, Telegram-da xəbər verə bilərik.

11. Əlaqə

lāblābi · Məmməd Araz 67, Gənclik, Bakı
Telefon: +994 99 999 99 33
Instagram: @lablabibaku
Telegram: @lablabiplaybot

Oyuna qayıt