Oyunun şərtləri.
Armudu qülləsi · 10.10.2026 tarixindən qüvvədədir
Oyun pulsuzdur. Hədiyyələr bacarığa görə verilir, təsadüfə görə yox. Oynamaqla və qeydiyyatdan keçməklə bu şərtləri qəbul edirsən.
1. Təşkilatçı
lāblābi. Məmməd Araz 67, Gənclik, Bakı. Sayt: lablabi.az
2. Kim iştirak edə bilər
- 18 yaşı tamam olmuş hər kəs. Qeydiyyatda 18 yaşın olduğunu təsdiqləyirsən.
- lāblābi işçiləri oynaya bilər, amma hədiyyə qazana bilməz və həftəlik cədvəldə yarışmır.
- Bir nəfər, bir hesab. Bir telefon nömrəsi yalnız bir hesabda təsdiqlənə bilər.
- Qonaq kimi qeydiyyatsız oynamaq mümkündür. Qonaq kimi oynayanlar hədiyyə qazanmır və cədvəldə görünmür.
- Hədiyyə almaq üçün qeydiyyat və nömrənin Telegram (@lablabiplaybot) ilə təsdiqi mütləqdir.
3. Necə oynanılır
Stəkan yuxarıda sağa-sola hərəkət edir. Ekrana toxunduqda stəkan düşür. Əvvəlki stəkanın üstünə düşdükdə, qüllə böyüyür. Səhv düşərsə və ya qüllə əyilərsə, qüllə yıxılır və oyun bitir. Nəticə: düzgün qoyulan stəkanların sayı.
4. Gündəlik hədiyyə
15 stəkan = pulsuz çaynik çay.
- Hər hesab gündə 1 hədiyyə kodu ala bilər. Gün Bakı vaxtı ilə 00:00-da başlayır.
- Kod qazandığın anda oyunda, «Hədiyyələrim» bölməsində və Telegram-da görünür.
- Dəvət bonusu: dostun sənin linkinlə qeydiyyatdan keçib nömrəsini təsdiqləsə və oynasa, ikiniz də bir bonus alırsınız. Bonusla növbəti gündəlik hədiyyə üçün 5 stəkan az lazımdır. Bir oyunçu 30 gündə ən çox 10 bonus qazana bilər.
- Seriya bonusu: hər 7 gün ardıcıl oynayanda (7, 14, 21… gün) bir bonus. Gün Bakı vaxtı ilə sayılır, bir gün buraxsan seriya sıfırdan başlayır.
- Xoş saat: lāblābi bəzi saatlarda hədiyyə üçün lazım olan stəkan sayını azalda bilər. Bu, oyunda göstərilir. Oyunun başladığı an hesaba alınır.
- Ad günü hədiyyəsi: nömrəsi təsdiqlənmiş oyunçu ad günü səhəri pulsuz çaynik çay kodu alır, ildə bir dəfə. Kod 7 gün etibarlıdır.
- Instagram: hədiyyə kodu almaq üçün lāblābi-nin Instagram səhifəsini (@lablabibaku) izləməli və oyunda Instagram adını yazmalısan. Kodu göstərəndə izlədiyin yoxlana bilər. lāblābi bu şərti istənilən vaxt söndürə bilər.
- Hədiyyə üçün lazım olan stəkan sayı dəyişə bilər: ayın hədiyyə büdcəsi dolanda bir neçə stəkan arta bilər, sınaq məqsədilə 7 günə qədər oyunçuların bir hissəsi üçün fərqli ola bilər. Sənin üçün keçərli say həmişə oyunda göstərilir və oyunun başladığı an hesaba alınır.
5. Həftəlik hədiyyə
Həftənin 1-cisi = pulsuz qəlyan.
- Həftə bazar ertəsi 00:00-dan bazar 23:59-a qədərdir (Bakı vaxtı).
- Qalib həftəlik cədvəldə ən çox stəkanı olan oyunçudur. Bərabərlikdə həmin nəticəyə birinci çatan qalib sayılır.
- Qalib bazar ertəsi müəyyənləşir. lāblābi qalibin oyununu yoxlayandan sonra hədiyyə kodu Telegram-da göndərilir.
- lāblābi elan edə bilər ki, həftəlik hədiyyə yalnız lāblābi-də oynanan oyunlara verilir. Belə oyun sayılması üçün masadakı QR-u skan et.
- lāblābi qalibin nəticəsini yoxlaya bilər. Şübhəli nəticə ləğv oluna bilər, bu halda növbəti oyunçu qalib sayılır.
- Turnirlər: lāblābi elan etdiyi vaxtda ayrıca turnir keçirə bilər. O vaxt oynanan ən yaxşı nəticən sayılır. Turnir bitəndə qalibə hədiyyə kodu avtomatik verilir. Bərabərlikdə həmin nəticəyə birinci çatan qalibdir.
6. Hədiyyə kodları
- Kod yalnız lāblābi-də, Məmməd Araz 67 ünvanında istifadə oluna bilər.
- Kod 7 gün etibarlıdır və yalnız bir dəfə istifadə olunur.
- Kod cümə, şənbə və bazar günləri istifadə olunmur. Yalnız bazar ertəsindən cümə axşamına qədər keçərlidir.
- Kod hesab sahibinə verilir. Kodu göstərəndə istifadəçi adı, ad və soyad yoxlanıla bilər.
- Bir masaya bir gəlişdə yalnız bir kod. Masada neçə nəfər olsa da, bir hədiyyə verilir.
- Hədiyyə pula dəyişdirilmir və başqa məhsula çevrilmir.
- Hədiyyə məkanın iş saatlarında və giriş qaydalarına uyğun verilir.
7. Ədalətli oyun
Qadağandır:
- bir neçə hesab açmaq;
- başqasının nömrəsi ilə qeydiyyat;
- bot, proqram və ya oyunun koduna müdaxilə ilə nəticə əldə etmək.
Hər oyun serverdə toxunuşlardan yenidən qurulub yoxlanılır. Yoxlamadan keçməyən oyunun nəticəsi sayılmaya, kodu qəbul olunmaya bilər.
Belə hallarda lāblābi nəticələri silə, kodları ləğv edə və hesabı bağlaya bilər.
8. Şəxsi məlumatlar
Nə toplayırıq: ad, soyad, telefon nömrəsi, doğum tarixi, istifadəçi adı, Google ilə girəndə e-poçt, Telegram hesabının identifikatoru, oyun nəticələri və hədiyyə tarixçəsi.
Nə üçün: hesabı idarə etmək, nömrəni təsdiqləmək, hədiyyələri vermək və yoxlamaq, qaliblə əlaqə saxlamaq, Telegram-da oyun xəbərləri və lāblābi təklifləri göndərmək. Xəbər və təklifləri dayandırmaq üçün botda /stop yaz.
- Cədvəldə və başqa oyunçulara yalnız istifadəçi adın görünür.
- Ad, soyad və telefonu yalnız lāblābi görür. Hədiyyəni yoxlayanda işçiyə ad, soyad və telefonun son 4 rəqəmi görünür.
- Məlumatlar satılmır və reklam üçün başqalarına verilmir.
- PIN şifrələnmiş şəkildə saxlanılır. Onu heç kim, lāblābi də görmür.
- Hesabını və məlumatlarını oyunda özün silə bilərsən: lobbinin aşağısında «Hesabı sil». Və ya lāblābi-də işçiyə yaxınlaş, ya da bizə yaz.
Ətraflı: Məxfilik siyasəti.
9. Dəyişikliklər
lāblābi şərtləri, hədiyyələri və oyunu dəyişə və ya dayandıra bilər. Yeni şərtlər bu səhifədə dərc olunur. Artıq verilmiş etibarlı kodlar müddəti bitənə qədər qüvvədə qalır.
10. Əlaqə
lāblābi · Məmməd Araz 67, Gənclik, Bakı
Telefon: +994 99 999 99 33
Instagram: @lablabibaku
Telegram: @lablabiplaybot
Правила игры.
Башня армуду · действуют с 10.10.2026
Это перевод для удобства. Официальный текст на азербайджанском языке.
Игра бесплатная. Подарки дают за ловкость, а не за случай. Играя и регистрируясь, ты принимаешь эти правила.
1. Организатор
lāblābi. Məmməd Araz 67, Gənclik, Баку. Сайт: lablabi.az
2. Кто может участвовать
- Все, кому исполнилось 18 лет. При регистрации ты подтверждаешь, что тебе есть 18.
- Сотрудники lāblābi могут играть, но не получают подарки и не участвуют в недельной таблице.
- Один человек, один аккаунт. Номер телефона можно подтвердить только в одном аккаунте.
- Можно играть гостем без регистрации. Гости не выигрывают подарки и не попадают в таблицу.
- Чтобы получить подарок, нужны регистрация и подтверждение номера через Telegram (@lablabiplaybot).
3. Как играть
Стакан двигается вверху влево и вправо. Коснись экрана, и стакан упадёт. Если он встал на предыдущий, башня растёт. Если промахнулся или башня накренилась, она падает и игра заканчивается. Результат: число правильно поставленных стаканов.
4. Ежедневный подарок
15 стаканов = чайник чая бесплатно.
- Каждый аккаунт может получить 1 код подарка в день. День начинается в 00:00 по бакинскому времени.
- Код появляется сразу: в игре, в разделе «Мои подарки» и в Telegram.
- Бонус за приглашение: если друг зарегистрируется по твоей ссылке, подтвердит номер и сыграет, вы оба получите по бонусу. С бонусом для следующего ежедневного подарка нужно на 5 стаканов меньше. Один игрок может получить не больше 10 бонусов за 30 дней.
- Бонус за серию: каждые 7 дней подряд (7-й, 14-й, 21-й… день) дают один бонус. Дни считаются по времени Баку; пропустишь день, и серия начнётся заново.
- Счастливый час: в некоторые часы lāblābi может уменьшать число стаканов для подарка. Это видно в игре. Учитывается момент начала игры.
- Подарок на день рождения: игрок с подтверждённым номером утром в день рождения получает код на бесплатный чайник чая, раз в год. Код действует 7 дней.
- Instagram: чтобы получить код подарка, нужно подписаться на Instagram lāblābi (@lablabibaku) и указать в игре свой ник в Instagram. Подписку могут проверить, когда покажешь код. lāblābi может отключить это условие в любое время.
- Число стаканов для подарка может меняться: когда месячный бюджет на подарки заканчивается, оно может вырасти на несколько стаканов; для проверки до 7 дней оно может отличаться для части игроков. Действующее для тебя число всегда видно в игре, учитывается момент начала игры.
5. Еженедельный подарок
Топ-1 недели = кальян бесплатно.
- Неделя длится с понедельника 00:00 до воскресенья 23:59 (по бакинскому времени).
- Побеждает игрок с наибольшим числом стаканов в недельной таблице. При равенстве побеждает тот, кто первым достиг результата.
- Победитель определяется в понедельник. После проверки игры победителя lāblābi отправляет код подарка в Telegram.
- lāblābi может объявить, что еженедельный подарок даётся только за игры в lāblābi. Чтобы игра засчиталась, отсканируй QR на столе.
- lāblābi может проверить результат победителя. Подозрительный результат может быть аннулирован, тогда победителем считается следующий игрок.
- Турниры: lāblābi может проводить отдельные турниры в объявленное время. Засчитывается лучший результат за это время. Когда турнир заканчивается, победитель автоматически получает код подарка. При равенстве побеждает тот, кто первым достиг результата.
6. Коды подарков
- Код действует только в lāblābi, по адресу Məmməd Araz 67.
- Код действует 7 дней и только один раз.
- Код не действует в пятницу, субботу и воскресенье. Только с понедельника по четверг.
- Код выдаётся владельцу аккаунта. При показе кода могут проверить имя пользователя, имя и фамилию.
- Один код на один стол за визит. Сколько бы человек ни сидело за столом, выдаётся один подарок.
- Подарок не обменивается на деньги или другой товар.
- Подарок выдаётся в часы работы и по правилам входа заведения.
7. Честная игра
Запрещено:
- создавать несколько аккаунтов;
- регистрироваться на чужой номер;
- получать результат с помощью ботов, программ или вмешательства в код игры.
Каждая игра заново собирается на сервере по касаниям и проверяется. Результат игры, не прошедшей проверку, может не засчитаться, а её код — не приниматься.
В таких случаях lāblābi может удалить результаты, аннулировать коды и закрыть аккаунт.
8. Личные данные
Что собираем: имя, фамилию, номер телефона, дату рождения, имя пользователя, e-mail при входе через Google, идентификатор аккаунта Telegram, результаты игр и историю подарков.
Зачем: чтобы вести аккаунт, подтверждать номер, выдавать и проверять подарки, связываться с победителем, присылать в Telegram новости игры и предложения lāblābi. Чтобы отключить новости и предложения, напиши боту /stop.
- В таблице и другим игрокам видно только твоё имя пользователя.
- Имя, фамилию и телефон видит только lāblābi. При проверке подарка сотрудник видит имя, фамилия и последние 4 цифры телефона.
- Данные не продаются и не передаются другим для рекламы.
- PIN хранится в зашифрованном виде. Его не видит никто, даже lāblābi.
- Аккаунт и данные можно удалить самому в игре: внизу лобби «Удалить аккаунт». Или обратись к сотруднику lāblābi, или напиши нам.
Подробнее: Политика конфиденциальности.
9. Изменения
lāblābi может менять или останавливать правила, подарки и игру. Новые правила публикуются на этой странице. Уже выданные действующие коды остаются в силе до конца срока.
10. Контакты
lāblābi · Məmməd Araz 67, Gənclik, Баку
Телефон: +994 99 999 99 33
Instagram: @lablabibaku
Telegram: @lablabiplaybot
Game rules.
Armudu Tower · in force from 10.10.2026
This translation is for convenience. The official text is the Azerbaijani one.
The game is free. Prizes go to skill, not luck. By playing and signing up you accept these rules.
1. Organiser
lāblābi. Məmməd Araz 67, Gənclik, Baku. Website: lablabi.az
2. Who can take part
- Anyone aged 18 or over. You confirm you are 18+ when you sign up.
- lāblābi staff may play, but cannot win prizes or compete on the weekly leaderboard.
- One person, one account. A phone number can be confirmed on one account only.
- You can play as a guest without signing up. Guests don't win prizes and don't appear on the leaderboard.
- To get a prize you must sign up and confirm your number with Telegram (@lablabiplaybot).
3. How to play
The glass moves left and right at the top. Tap the screen and it drops. If it lands on the previous glass, the tower grows. If it misses or the tower leans too far, the tower falls and the game ends. Your score is the number of glasses stacked correctly.
4. Daily prize
15 glasses = a free pot of tea.
- Each account can get 1 prize code a day. The day starts at 00:00 Baku time.
- The code appears straight away: in the game, under «My prizes» and in Telegram.
- Invite bonus: when a friend signs up with your link, confirms his number and plays, you each get a bonus. With a bonus, your next daily prize needs 5 glasses fewer. A player can earn at most 10 bonuses in 30 days.
- Streak bonus: every 7 days in a row you play (day 7, 14, 21…) gives one bonus. Days count in Baku time; miss a day and the streak starts over.
- Happy hour: at some hours lāblābi may lower the number of glasses needed for a prize. The game shows it. What counts is when your game started.
- Birthday gift: a player with a confirmed number gets a free pot of tea code on the morning of his birthday, once a year. The code is valid for 7 days.
- Instagram: to get a prize code you need to follow lāblābi on Instagram (@lablabibaku) and enter your Instagram username in the game. Staff may check that you follow when you show your code. lāblābi can turn this rule off at any time.
- The number of glasses needed for a prize can change: when the month's prize budget runs out it can go up by a few glasses, and for a test of up to 7 days it can differ for some players. The number that applies to you is always shown in the game, and what counts is when your game started.
5. Weekly prize
Weekly #1 = a free shisha.
- The week runs from Monday 00:00 to Sunday 23:59 (Baku time).
- The winner is the player with the most glasses on the weekly leaderboard. In a tie, whoever reached that score first wins.
- The winner is decided on Monday. After lāblābi checks the winner's game, the prize code is sent in Telegram.
- lāblābi may announce that the weekly prize only counts games played at lāblābi. To have a game count, scan the QR on the table.
- lāblābi may check the winner's score. A suspicious score can be cancelled, in which case the next player wins.
- Tournaments: lāblābi may run separate tournaments at announced times. Your best score in that window counts. When the tournament ends, the winner gets a prize code automatically. In a tie, whoever reached that score first wins.
6. Prize codes
- Codes can only be used at lāblābi, Məmməd Araz 67.
- A code is valid for 7 days and can be used once.
- Codes can't be used on Friday, Saturday or Sunday. Monday to Thursday only.
- The code belongs to the account holder. When you show your code, staff may check your username, first and last name.
- One code per table per visit. However many people sit at the table, one prize is given.
- Prizes can't be exchanged for cash or other items.
- Prizes are given during opening hours and under the venue's entry rules.
7. Fair play
Not allowed:
- opening several accounts;
- signing up with someone else's number;
- getting a score with bots, software or by tampering with the game's code.
Every game is rebuilt on the server from its taps and checked. A game that fails the check may not count, and its code may not be accepted.
In such cases lāblābi may delete scores, cancel codes and close the account.
8. Personal data
What we collect: first and last name, phone number, date of birth, username, email if you sign in with Google, Telegram account ID, game results and prize history.
Why: to run your account, confirm your number, give out and check prizes, contact the winner, and send game news and lāblābi offers in Telegram. To stop news and offers, send /stop to the bot.
- Only your username is shown on the leaderboard and to other players.
- Only lāblābi sees your name and phone. When a prize is checked, staff see your name and the last 4 digits of your phone.
- Data is not sold or passed to others for advertising.
- Your PIN is stored encrypted. Nobody sees it, lāblābi included.
- You can delete your account and data yourself in the game: «Delete account» at the bottom of the lobby. Or ask any lāblābi staff member, or message us.
More: Privacy policy.
9. Changes
lāblābi may change or stop the rules, prizes and game. New rules are published on this page. Valid codes already issued stay valid until they expire.
10. Contact
lāblābi · Məmməd Araz 67, Gənclik, Baku
Phone: +994 99 999 99 33
Instagram: @lablabibaku
Telegram: @lablabiplaybot
Oyuna qayıt
Məxfilik siyasəti